Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər
sosial

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

28-08-2025 17:00 18 Views
IMG

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti Bakı və Sumqayıt şəhərlərində, eləcə də Ağdam, Ağsu, Cəlilabad, İsmayıllı, Qax və Yevlax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işləri həyata keçirəcək.

 

Tvit.az Oxu.az-a istinadla xəbər verir ki, layihənin ümumi dəyəri 1 milyon 124 min 739.42 manat təşkil edir.

 

Təmir işlərinə dam örtüyünün, yararsız şüşəli ruberoidin, hamarlayıcı qatların, metal yəhərlərin, şifer dam örtüklərinin, frantonların və novçaların sökülməsi daxildir.

 

Bu layihənin əsas məqsədi məcburi köçkünlərin yaşadığı binaların təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Təmir işləri nəticəsində yaşayış şəraiti yaxşılaşdırılacaq, dam örtüklərindəki problemlər aradan qaldırılacaq və obyektlərin ümumi dayanıqlığı artırılacaq. Bu da məcburi köçkün ailələrinin daha rahat və təhlükəsiz şəraitdə yaşamasına imkan verəcək.