Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial Dəmiryol vağzallarında YENİLİK - Bundan sonra
sosial

Dəmiryol vağzallarında YENİLİK - Bundan sonra

01-11-2024 14:00 11 Views
IMG

Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb.

Bu barədə Tvit.az -a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Belə ki, Bakı Dəmiryol Vağzalında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda bu vağzaldan gün ərzində 27 min sərnişin istifadə edir. Statistikaya əsasən, 2023-cü ildə bu stansiyadan istifadə edən sərnişinlərin sayı 4 702 764 min nəfər olub. 2024-cü ilin on ayında bu rəqəm 4 420 941 nəfər təşkil edib.

Bakı Dəmiryol Vağzalında keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 756 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 972 nəfərə yüksəlib.

Koroğlu dayanacağında görülmüş işlər nəticəsində isə Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib. Həmçinin 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb. Keçid truniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib.

Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. Statistik göstəricilərə əsasən, 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.