Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ Rusiya tərəfdaşlarına sanksiya tətbiq edəcək
dünya

Aİ Rusiya tərəfdaşlarına sanksiya tətbiq edəcək

27-08-2025 22:00 17 Views
IMG

Avropa İttifaqı ilk dəfə olaraq Rusiyanın tərəfdaşlarına qarşı dolayı (ikincil) sanksiyalar tətbiq etməyə cəhd etməyi planlaşdırır.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, məsələ 29–30 avqust tarixlərində Kopenhagendə keçiriləcək Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə 19-cu sanksiyalar paketinin müzakirəsi çərçivəsində gündəmə gələcək. 

Qeyd edilib ki, Aİ tarixi olaraq ikinci dərəcəli sanksiyaların tətbiqinə qarşı olub. Lakin hazırda Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayır və bu paket yaxın həftələrdə qəbul edilməlidir. 

Aysel Şirinova