Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna ABŞ danışıqları bu tarixdə olacaq
dünya

Ukrayna ABŞ danışıqları bu tarixdə olacaq

27-08-2025 22:00 12 Views
IMG

Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək məqsədilə İsveçrəyə, ardınca isə ABŞ-yə gedir.

Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Telegram" kanalında axşam müraciətində bildirib:

“Sabah İsveçrədə görüşlər, cümə günü isə Amerika Birləşmiş Ştatları, Nyu-Yorkda Prezident (ABŞ Prezidenti Donald Trampın) komandası ilə görüşlər olacaq. Təhlükəsizlik təminatlarının - hərbi, siyasi və iqtisadi komponentlərinin məzmunu üzərində çalışan hər kəs bu prosesə cəlb olunacaq”, – deyə Zelenski qeyd edib.

 ABŞ-yə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov gedir. Onlar ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşəcəklər.

Aysel Şirinova