ABŞ prezidenti Trampın bu gün Ağ Evdə Qəzza ilə bağlı kritik görüş keçirəcəyi gözlənilir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.
Vitkof bildirib ki, görüşdə Qəzzaya humanitar yardım planı və münaqişədən sonrakı keçid prosesi ilə bağlı mühüm qərarlar qəbul ediləcək.
Elmin Alışov