Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Çelsi" "Barselona"nın futbolçusu üçün 50 milyon avro ödəməyə hazırdır
sport

"Çelsi" "Barselona"nın futbolçusu üçün 50 milyon avro ödəməyə hazırdır

26-08-2025 18:00 11 Views
IMG

İngiltərənin "Çelsi" klubu hücumameyilli yarımmüdafiəçi Fermin Lopesi transfer etmək üçün "Barselona"ya (İspaniya) rəsmi müraciət göndərib.

 

Tvit.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" 22 yaşlı oyunçu üçün 50 milyon avro təklif edib.

 

Sözügedən məbləğin yüksək olduğunu düşünən kataloniyalılar Lopesi satmaq variantını nəzərdən keçirir. Futbolçunun özünün hansı qərarı qəbul edəcəyi bilinmir.

 

Qeyd edək ki, Fermin Lopes ötən mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 8 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.