Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Suriya yenidən Rusiyada əskinaz çap edəcək
dünya

Suriya yenidən Rusiyada əskinaz çap edəcək

22-08-2025 19:00 24 Views
IMG

Suriya yeni hökuməti milli valyutanın Rusiyada çapından imtina etmək fikrindən daşınıb və əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Tvit.az xəbər verir ki, bu barədə  "Reuters" məlumat yayıb.

Məqalədə deyilir: "Suriya yeni banknotlar buraxacaq, valyutadan iki sıfır çıxaracaq və bununla da ciddi şəkildə dəyərdən düşmüş funtun etibarını bərpa etməyə çalışacaq".

Məlum olub ki, tərəflər keçən ay əvvəlki kimi "Goznak"ın əskinazları çap edəcəyi barədə razılığa gəliblər, baxmayaraq ki, yerli funtun nominalı denomasiyaya görə dəyişəcək.

Aysel Şirinova