Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Füzuli və Arxadağ şəhərləri qardaşlaşdı
sosial

Füzuli və Arxadağ şəhərləri qardaşlaşdı

22-08-2025 18:00 16 Views
IMG

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb.

 

Tvit.az xəbər verir ki, bununla bağlı sənəd avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şövkat Mirziyayevin iştirakı ilə imzalanıb.

 

Məlumata görə, “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzalayıblar.