Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiyada siqaret satışı ilə bağlı qadağa qəbul edilə bilər
dünya

Rusiyada siqaret satışı ilə bağlı qadağa qəbul edilə bilər

22-08-2025 09:00 28 Views
IMG

Rusiyada ictimai nəqliyyat dayanacaqlarında tütün məmulatlarının satışına qadağa qoyulması təşəbbüsü hökümətin qanunverilicik komissiyası tərəfindən dəstəklənib.

 Tvit.az xəbər verir ki, bu barədə “Vedomosti məlumat verib.

Məlumata əsasən, komissiyanın, “vətəndaşların tütün tüstüsünün təsirindən, tütün və nikotin tərkibli məhsulların istifadəsinin nəticələrindən sağlamlıqlarının qorunması haqqında” qanuna dəyişikliklər nəzərdə tutan qanun layihəsinə iradı isə yaşayış məntəqəsindəki yeganə satış nöqtələrinə aiddir.

Sənəd təklif olunan düzəlişlər nəzərə alınmaqla qəbul ediləcəyi təqdirdə yeni məhdudiyyətlər 2026-cı il martın 1-dən qüvvəyə minəcək.

Qeyd edilib ki, hökumətdə bu məsələyə dair əvvəlcə fikir ayrılığı mövcud olsa da, yay aylarının sonuna yaxın bütün ixtilaflar həll olunub.

Aysel Şirinova