İtaliyanın baş naziri Corca Meloni Ukraynaya NATO üzvlüyündən imtina edilməsini, bunun əvəzinə alternativ təhlükəsizlik təminatlarının verilməsini təklif edib.
Tvit.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məqalədə deyilir: "Meloni, əslində, NATO-ya bənzər kollektiv müdafiə təminatı olan, lakin ittifaqa faktiki üzvlük nəzərdə tutulan təklifi irəli sürür".
Beləliklə, Ukrayna müttəfiqləri Rusiya ilə münaqişə yenidən davam edərsə, bir gün ərzində hərbi dəstəklə bağlı razılığa gəlmək məcburiyyətində qalacaqlar.