Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Avtomobil bazarında seçim: 2-ci əl modellər yoxsa Çin istehsalı yeni avtomobillər?
sosial

Avtomobil bazarında seçim: 2-ci əl modellər yoxsa Çin istehsalı yeni avtomobillər?

18-08-2025 22:00 23 Views
IMG

Müasir dövrdə avtomobil bazarında seçim imkanları xeyli artıb. Alıcılar qarşısında əsasən iki alternativ dayanır: yeni, lakin daha çox Çin istehsalı olan avtomobillər və özünü uzun illər ərzində sübut etmiş Avropa, Koreya və Yapon markalarının 2-ci əl modelləri. Hər iki seçim özünəməxsus üstünlüklərə və çatışmazlıqlara malikdir. Maraqlıdır, Çin avtomobillərinə nə dərəcə etibar etmək olar? 


Mövzu ilə əlaqədar nəqliyyat eksperti Aslan Əsədov Tvit.az-a açıqlamasında bildirib ki, istər Çin, istərsə də Avropa istehsalı olsun, hər bir nəqliyyat vasitəsi müvafiq sınaqlardan keçmiş və etibarlılığı təsdiqlənmiş kateqoriyaya aid edilməlidir. 


“Belə nəqliyyat vasitələri insanların gündəlik ehtiyaclarını qarşılamaq üçün əsas üstünlüklərə malik olmalıdır. Xidmət və texniki servis imkanları rahat, əlçatan və yüksək keyfiyyətli təşkil olunmalı, ehtiyat hissələrinin təminatı isə operativ şəkildə mümkün olmalıdır. Perspektivli layihələrin və işlərin həyata keçirilməsində də əlçatanlıq və dayanıqlılıq təmin edilməlidir. Uzun müddətli istifadə və etibarlılıq baxımından 2-ci əl Avropa, Yaponiya avtomobilləri sərfəli hesab olunur. Lakin bu gün Çin avtomobilləri qiymət baxımından  münasib olduğu üçün onlara tələbat daha çoxdur. Texnoloji cəhətdən yeni olan bu maşınlar dizayn cəhətdən də uğurlu hesab olunur. Texniki problemlərin həllinə və davamlılığına gəldikdə isə bunu zaman göstərəcək”.


Ekspert sonda onu da qeyd edib ki, hər bir halda avtomobil sahibinə əlavə çətinlik yaratmamalı, istifadəsi rahat olmalı və istənilən şəxs öz tələbatını asanlıqla qarşılaya bilməlidir.


Elmin Alışov