Gəncədə bir həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, iyulun 24-də Gəncədə "Mercedes" markalı avtomobilin vurması nəticəsində ağır xəsarət alan piyada, 1989-cu il təvəllüdlü Ayaz Məmmədov müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.