Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Füzuli peşə təhsil məktəbi 2027-ci ildən fəaliyyətə başlayacaq" - Nazir
sosial

"Füzuli peşə təhsil məktəbi 2027-ci ildən fəaliyyətə başlayacaq" - Nazir

30-07-2025 10:00 40 Baxış
IMG

Füzuli peşə təhsil məktəbi 2027-ci ildən fəaliyyətə başlayacaq.

"Tvit.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hazırda 100 mindən artıq şəxs peşə təhsili alır:

"Növbəti illərdə peşə təhsili sahəsini bir az da genişləndirmək istəyirik. Yüksək peşə ixtisası proqramları da hazırlanır və buranı bitirən şəxslərin subbakalavr təhsili almaq şansı çoxdur".

Nazir əlavə edib ki, 2026-cı ildə isə Şuşa şəhərində peşə təhsili mərkəzi fəaliyyətə başlayacaq.