"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində iki oyunu İctimai televiziyada canlı yayımlanacaq.
Tvit.az xəbər verir ki, bu barədə telekanalın rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
"İTV" noyabrın 7-də Norveçdə "Bodo Qlimt"lə və gələn il yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la keçiriləcək səfər matçlarını birbaşa nümayiş etdirəcək.
Telekanalın İdman Departamentinin rəhbəri Kənan Hakimov Qol.az-a açıqlamasında məsələ ilə bağlı bildirib:
"Əvvəlcədən müqavilədə belə razılaşıdırılıb ki, 2 səfər matçı İTV-də nümayiş olunacaq. Biz də "CBC Sport" telekanalı ilə qarşılıqlı razılığa əsasən bu iki oyunu seçmişik".
Xatırladaq ki, "Qarabağ"ın digər avrokubok oyunlarının yayım hüququ "CBC Sport"a məxsusdur.