Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirlərinə hazırlıq çərçivəsində sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün profilaktik tədbirlərin görülməsi məqsədilə Abşeron dairəvi dəmiryol xətti üzrə texniki fasilə verilir.
"Tvit.az" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, 30 oktyabr-7 noyabr tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda yola düşən qatarların hərəkət cədvəlinə müvəqqəti dəyişiklik edilir.
Həmin tarixlərdə bu marşrut üzrə Bakıdan saat 09:30 və saat 10:00-da, Sumqayıtdan isə saat 10:00 və saat 11:00-da yola düşən sürət elektrik qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.
Digər qatarlar 16 sentyabrda elan edilən qrafik üzrə hərəkətdə olacaq.