Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya ABŞ-yə nota göndərib
dünya

Rusiya ABŞ-yə nota göndərib

08-07-2025 09:00 31 Baxış
IMG
Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə "Veks" kriptovalyutası mübadiləsinin eks-rəhbəri, Polşadan ekstradisiya olunan rusiyalı Dmitri Vasilyev barədə məlumatların verilməsi tələbi ilə nota göndərib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"Bununla əlaqədar biz Vasilyevin harada olması, səhhətinin vəziyyəti, prosedur vəziyyəti barədə məlumatı mümkün qədər tez bir zamanda təqdim etmək tələbi ilə Dövlət Departamentinə nota verdik", - deyə ölkənin səfirliyi bəyanatda bildirib.
Bundan əlavə Rusiya hökuməti konsulluq və hüquqi yardımın təmin ediləcəyini vurğulayıb. 
 
Aysel Şirinova