Çin 12 günlük müharibə bitdikdən sonra İrana "HQ-9B" hava hücumundan müdafiə raket sistemləri verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, İran HQ-9B-nin pulunu Çinə verilən neftlə ödəyib.
Qeyd edək ki, "HQ-9B" Çinin uzun mənzilli zenit-raket kompleksidir. O, təyyarələri, qanadlı raketləri və helikopterləri məhv etmək üçün nəzərdə tutulub. Balistik raketləri ələ keçirməyə qadir olan ilk Çin zenit-raket sistemi Zenit-raket kompleksi S-300 bazasında hazırlanıb.
Aysel Şirinova