Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrail "Qara bayraq" əməliyyatına başladı - Foto
dünya

İsrail "Qara bayraq" əməliyyatına başladı - Foto

07-07-2025 09:00 53 Baxış
IMG

İsrail husilərə qarşı "Qara bayraq" əməliyyatına başlayıb.

Tvit.az xəbər verir ki, bu barədə İsrailin müdaifə naziri İsrael Katz danışıb.

“Yəmənin taleyi Tehranla eyni olacaq. İsrailə əl qaldıran hər kəsin o əli kəsiləcək”, – deyə Kats “X” sosial şəbəkəsində yazıb. 

Nazir bildirib ki, husilər öz əməllərinə görə cavab ödəməyə davam edəcəklər.

Əməliyyat çərçivəsində İsrail Hərbi Hava Qüvvələri Yəməndə üç limana və “Ənsar Allah” hərəkatından olan husilərin 2023-cü ildə ələ keçirdiyi Galaxy Leader yük gəmisinə hücum edib.

Qyed edək ki, Hodeyda, Ras İssa və Əlif limanları husilərin nəzarətindədir. Ras Qatib elektrik stansiyası da hücuma məruz qalıb.

Aysel Şirinova