Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Əlikram Bayramovun axtarılan qardaşı oğlu tapıldı
hadisə

Əlikram Bayramovun axtarılan qardaşı oğlu tapıldı

13-06-2025 21:00 34 Baxış
IMG

Bir aydan çoxdur itkin klimi axtarışda olan Biləsuvar rayon sakini 35 yaşlı Rahid Bayramov tapılıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, mayın əvvəlindən barəsində itkin kimi axtarış elan olunan 1990-cı il təvəllüdlü Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.


Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

 

Qeyd edək ki, itkin kimi axtarılan Rahib Bayramovun müğənni Əlikram Bayramovun qardaşı oğlu olduğu bildirilib.

 

Onun itkin düşməsi barədə ARB kanalında yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Onun atası Qafar Bayramov verilişə müraciət edərək bildirib ki, oğlu mayın 8-də Biləsuvar rayonundan Bakıya gəlib və bundan sonra ondan xəbər almayıblar.