Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika naziri Məhəmməd əl-Bəşirlə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında yazılıb.
Görüş zamanı iki ölkə arasında mümkün əməkdaşlıq yolları ətrafında müzakirələr aparılıb.