Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Prezidentin fərdi təqaüdünün məbləği 1700 manat oldu
siyasət

Prezidentin fərdi təqaüdünün məbləği 1700 manat oldu

12-06-2025 17:00 49 Baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılır.

"Tvit.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1700 manat müəyyən edilib.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1500 manat təşkil edir.