Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Tvit.az-a bildirilib.
İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.