Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul etdi
siyasət

Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul etdi

04-06-2025 11:00 79 Baxış
IMG

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Muhəmməd Faysalı qəbul edib.

"Tvit.az" xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər siyasi, iqtisadi, ticarət və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.