Astarada tələbə dənizdə boğulub.
Tvit.az xəbər verir ki, Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarov Astara rayonunda dənizdə boğularaq həyatını itirib.
Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirirdi.
Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğulub.