Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?
iqtisadiyyat

Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?

18-09-2026 13:00 21 Baxış
IMG

Azərbaycanın MDB ölkələrinə ixracı 2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.2% artıb.

 

Tvit.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-iyul aylarında MDB ölkələri üzrə əsas sosial-iqtisadi göstəricilərə dair hesabatında əksini tapır.

 

Qeyd olunub ki, Azərbaycanın ümumi ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43.2% artıb. MDB ölkələrinə ixrac 18.2%, MDB üzvü olmayan dövlətlərə ixrac isə 45.1% çoxalıb.

 

Eyni dövrdə Azərbaycanın ümumi idxalı 27.6% azalıb. MDB ölkələrindən idxal 44%, MDB üzvü olmayan dövlətlərdən idxal isə 21.7% azalıb.

 

Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın ÜDM-i əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.4%, sənaye məhsulunun ümumi həcmi isə 0.3% yüksəlib.