Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İlham Əliyev nahar əsnasında Edi Rama ilə görüşdü
siyasət

İlham Əliyev nahar əsnasında Edi Rama ilə görüşdü

16-05-2025 18:00 23 Baxış
IMG

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.

"Tvit.az" xəbər verir ki, dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.