Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Zərdabda 12 000 manat dəyərində naqilləri oğurlayan şəxslər saxlanılıblar
hadisə

Zərdabda 12 000 manat dəyərində naqilləri oğurlayan şəxslər saxlanılıblar

12-05-2025 10:00 52 Baxış
IMG

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan Təbriz Mahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, onların 6 kənd ərazisində yerləşən rabitə dirəklərindən 12 000 manat dəyərində 2 720 metr kommunikasiya naqillərini kəsərək əlvan metalları metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı araşdırma aparılır.