Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manat dələduzluqda təqsirləndirilən Vüsal Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Tvit.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Cəfərov 7 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, V.Cəfərov "Dərnəgül" tikinti materialları bazarında sahibkarlardan ümumilikdə 509 min 400 manatlıq tikinti materialları alsa da, həmin materialların pulunu mənimsəyib.
İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.