Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda qadın sürücü qəza törətdi: Ölən var
hadisə

Bakıda qadın sürücü qəza törətdi: Ölən var

02-05-2025 10:00 29 Baxış
IMG

Bakıda qadın sürücü qəza törədib.

 

Tvit.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

 

Bakı şəhər sakini Sevinc Qələndər qızı Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə hərəkətdə olarkən paytaxtın M.Müşfiq və N.Nərimanov küçələrinin kəsişməsindəki piyada zolağı ilə hərəkətdə olan piyada, 1953-cü il təvəllüdlü Abdulbağı Ağarza oğlu Həsənovu vurub.

 

Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.