Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət "Razılaşmalar İran-Azərbaycan qardaşlığını bir daha təsdiqləyir" - Prezident
siyasət

"Razılaşmalar İran-Azərbaycan qardaşlığını bir daha təsdiqləyir" - Prezident

28-04-2025 19:00 19 Baxış
IMG

Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır.

"Tvit.az" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

Dövlətimizin başçısı imzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanatı qeyd edib. Deyib ki, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir.