Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Hərbi Prokurorluq DSX gizirinin intiharı ilə bağlı məlumat yaydı
hadisə

Hərbi Prokurorluq DSX gizirinin intiharı ilə bağlı məlumat yaydı

28-04-2025 15:00 21 Baxış
IMG

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Rəhim Zeynal oğlu Novruzovun özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Tvit.az-a Hərbi Prokurorluqdan bildirilib.

 

Fakt əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

 

"Hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır. Allah hərbçimizə rəhmət eləsin" - deyə Hərbi Prokurorluğun yaydığı məlumatda qeyd olunub.