Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Paşinyan: Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur
sosial

Paşinyan: Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur

15-04-2025 12:00 30 Baxış
IMG

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.

 

Tvit.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.

 

O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.

 

Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.