Çin hökuməti tariflərin artırılması ilə bağlı iki ölkə arasında gərginliyin artması fonunda öz vətəndaşlarına ABŞ-a səyahət edərkən təhlükəsizlik risklərinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Tvit.az xəbər verir ki, bu barədə Çin Mədəniyyət və Turizm Nazirliyinin bəyanatında deyilir.
“Çin və ABŞ arasında iqtisadi-ticarət əlaqələrinin pisləşməsi və ölkədəki təhlükəsizlik vəziyyəti səbəbindən çinli turistlər ABŞ-a səyahət risklərini qiymətləndirməli və səyahət edərkən diqqətli olmalıdırlar”,- bəyanatda bildirilib.
Elmin Alışov