Makronun Fələstin dövlətini tanıya biləcəkləri ilə bağlı açıqlaması İsraili narahat edib.
Tvit.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar X hesabında paylaşımında yazıb.
“Bu cür hərəkətlər sülh, təhlükəsizlik və sabitliyi regionumuza yaxınlaşdırmayacaq, əksinə, onları daha da uzaqlaşdıracaq. Xəyali Fələstin dövlətinin birtərəfli qaydada tanınması terroru dəstəkləmək və HƏMAS-ı mükafatlandırmaqdan başqa bir şey olmayacaq”,- deyə nazir bildirib.
Elmin Alışov