Rumıniya Xarici İşlər Nazirliyi Moskvanın iki rumın diplomatını Rusiya ərazisindən çıxarmaq qərarını əsassız hesab etdiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə jurnalistlər departamentinin nümayəndələri məlumat verib.
Rusiya tərəfi Rumıniyanın Moskvadakı diplomatik missiyasındakı müdafiə attaşesini və onun müavinini persona non-qrata elan edib.
Rusiya tərəfinin bu tədbiri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına münasibətdə əsassızdır”, - Rumıniya Xarici İşlər Nazirliyi qeyd edib.
Aysel Şirinova