Rusiyada "Telegram" istifadəçiləri tətbiqin fəaliyyətində problem yarandığını bildiriblər.
Tvit.az xəbər verir ki, Moskva vaxtı ilə saat 21:40-a olan məlumata görə, bir saat ərzində xidmətin işləməsindən 995 istifadəçi şikayət edib.
Ən çox şikayətlər Novosibirsk vilayəti (şikayətlərin 33%-i), Zabaykalski (16%) və Krasnoyarsk diyarından (12%), İrkutsk vilayətindən (8%) və Kemerovo vilayətindən (4%) olub.
Qeyd edək ki, istifadəçilərin 68%-i mobil proqramın, 15%-i bildirişlərin, 10%-i saytın, 4%-i ümumi nasazlığın, 2%-i şəxsi kabinetin nasazlığını bildirib.
Aysel Şirinova