Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İranın qadın naziri Azərbaycana gəlir
siyasət

İranın qadın naziri Azərbaycana gəlir

07-04-2025 18:00 16 Baxış
IMG

Bu gündən İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana 3 günlük səfərə gəlir.

"Tvit.az" İRNA agentliyinə istinadla xəbər verir ki, nazir aprelin 8-10 tarixlərində Bakıda Azərbaycan ilə İran arasında keçiriləcək iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında iştirak edəcək.

Komissiyanın iclasında nəqliyyat, tranzit, neft-qaz, energetika və ticarət sahələrində əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri müzakirə ediləcək, problemli məsələlərin aradan qaldırılması yolları nəzərdən keçiriləcək.

Səfər çərçivəsində iranlı nazirin bir sıra rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.