Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Cəbrayılda minaya düşən şəhid oğlu Bakıya gətirildi
hadisə

Cəbrayılda minaya düşən şəhid oğlu Bakıya gətirildi

07-04-2025 16:00 26 Baxış
IMG

Cəbrayıl rayonu Mehdili kəndində baş verən mina partlayışı nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Tvit.az" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Qeyd edək ki, minaya düşən ANAMA əməkdaşı Heydər Xankişiyev Birinci Qarabağ müharibəsinin şəhidi Əli Xankişiyevin övladıdır.