Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
siyasət

Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək

01-10-2024 19:00 169 Baxış
IMG

Balakənin ucqar İtitala kəndində velisoped zolağı çəkilə bilər.

Tvit.az xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyəti başçısının İtitala kənd ərazi icra nümayəndəsi German Balayev Azərtac-a açıqlamasında deyib.

O, məktəblilərin və sakinlərin təhlükəsizlik zolağı ilə bağlı təkliflərindən xəbərdar olduqlarını bildirir:

“Uşaqların məktəbə velosipedlə gəlməsi təqdirəlayiq haldır. Həm vaxta qənaət olunur, həm də sağlamlıqdır. Ancaq son zamanlar yollarda maşınlar da çoxalıb. Ona görə də təhlükəsizlik baxımından yolun kənarlarında velosiped zolağı çəkməyi planlaşdırırıq. Növbəti ildə bununla bağlı müvafiq təşkilat və orqanlarla məsləhətləşmələr aparmaq istəyirik. Bu zolaqların olması velosiped sürənlərin təhlükəsizliyi üçün çox vacibdir”, - deyən kənd icra nümayəndəsi paytaxt Bakıda belə işlərin görülməsindən sonra onlarda da bu məsələnin aktuallaşdığını vurğulayıb.

Onun sözlərinə görə, kənd sakinlərinin velosipeddən istifadə etməyə üstünlük verməsi həm də havanın çirklənməsinin qarşısını alır.

Qeyd edək ki, İtitala kəndi ölkəmizdə ən çox velospedi olan yaşayış məntəqəsi kimi tanınır.