Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq müzakirə olunub
siyasət

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

11-11-2026 16:00 12 Baxış
IMG

Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov Acarıstan Hökumətinin sədri Zurab Pataradze ilə görüşüb.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, Batumidə keçirilən görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

 

Görüşdə logistika və nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, investisiya və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib.

 

Birgə layihələrin həyata keçirilməsi və yeni iqtisadi imkanların yaradılması məsələləri də müzakirə olunub.

 

Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin ikitərəfli və çoxtərəfli formatlarda inkişafı, eləcə də regional əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.