Serbiyanın Milli Assambleyası (birpalatalı parlament) ölkənin baş naziri Miloş Vuçeviçin istefasını təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə Serbiyanın Radio Televiziyası məlumat yayıb.
"Serbiya parlamenti Konstitusiyanın 132-ci maddəsinə uyğun olaraq baş nazirin istefasını qəbul edib, beləliklə, Miloş Vuçeviç hökumətinin səlahiyyətləri rəsmən başa çatıb. Yeni hökumətin formalaşdırılması üçün son tarix sabah, martın 20-də başlayır", - Milli Assambleyanın spikeri Ana Brnabiç qeyd edib.
Aysel