ABŞ hökumətinin ən yüksək postunda olan sələfi Co Bayden Rusiya lideri Vladimir Putinlə dialoq aparmaq iqtidarında deyildi.
Tvit.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
"Onlar ümumiyyətlə danışmırdılar. Bayden danışa bilmirdi", - deyə prezident bildirib.
Amerika lideri əlavə edib ki, qan tökülməsini dayandırmaq üçün münaqişənin həllinə çalışır, həmçinin ABŞ-ın Kiyevi dəstəkləmək üçün xərcləməsindən narazılığını ifadə edib, onun sözlərinə görə, bu məbləğ 350 milyard dollara çatıb.
Aysel Şirinova