Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Avropa İttifaqı Qəzzada atəşkəsin pozulmasını pisləyib
dünya

Avropa İttifaqı Qəzzada atəşkəsin pozulmasını pisləyib

18-03-2025 21:00 27 Baxış
IMG

Avropa İttifaqı İsrailin Qəzzada atəşkəsi pozmasını pisləyir və Tel-Əvivi düşmənçiliyə son verməyə çağırır.

 Tvit.az xəbər verir ki, bu barədə Avropa Birliyi diplomatiyasının rəhbəri Kaja Kallas-ın bəyanatında bildirilir.

"Avropa İttifaqı Qəzza sektorunda atəşkəsin pozulmasını və İsrailin hava hücumları nəticəsində mülki vətəndaşların, o cümlədən uşaqların ölümünü pisləyir. Aİ İsraili hərbi əməliyyatlarını dayandırmağa və HƏMAS-a bütün əsirləri dərhal azad etməyə çağırır. Avropa Birliyi İsraili təmkinli olmağa və Qəzza zolağına humanitar yardım və elektrik enerjisinin maneəsiz girişini bərpa etməyə çağırır", - deyə qeyd olunuB.

Aİ hesab edir ki, müzakirələrin bərpası irəliyə gedən yeganə yoldur.

 "Ötən il yarım ərzində fələstinlilər və israillilər çox əziyyət çəkiblər. Zorakılıq dövrünü qırmaq vaxtıdır. Stabillik tez bərpa üçün şərtdir", - sənəddə deyilib.

Aysel