Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu il 300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib
sosial

Bu il 300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib

18-03-2025 14:00 40 Baxış
IMG

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olub.

 

Tvit.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Bildirilib ki, bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,1 % azdır.

 

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 %, Gürcüstana gedənlərin sayı 17,4 % artıb, Türkiyəyə gedənlərin sayı 2,7 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,7 % azalıb.

 

Azərbaycan vətəndaşlarının 36,9 %-i Türkiyəyə, 15,8 %-i Rusiya Federasiyasına, 11,4 %-i Gürcüstana, 10,7 %-i İrana, 25,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ini kişilər, 32,5 %-ini qadınlar təşkil edib.

 

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 %-i hava, 29,7 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.