Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda vətəndaş restoranda iftar zamanı öldü
hadisə

Bakıda vətəndaş restoranda iftar zamanı öldü

17-03-2025 17:00 22 Baxış
IMG

Bakıda vətəndaş iftar zamanı ölüb.

 

Tvit.azTeleqraf.az-a istinadən xəbər verir ki, hadisə martın 15-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən restoranda baş verib.

 

İftar süfrəsi arxasında olan Şəhriyar Əli oğlu Cəfərovun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və ona tibbi yardım göstərilib. Lakin Ş.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

 

Restoranın nümayəndəsi ölüm faktını təsdiqləyib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.