Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib
hadisə

Bakıda vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib

15-03-2025 13:00 16 Baxış
IMG

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Tvit.az"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Xəzər və Nəsimi rayonlarında 2 şəxs 2 avtomat silahı, 1 patron darağı və 12 patronu polisə təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.