Almaniya Ukraynaya AIM-9L idarə olunan raketləri və 4 min pilotsuz uçan aparat tədarük edəcək.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, AIM-9L idarəolunan raketləri, 4000 hücum pilotsuz uçan aparatı və 361 “Songbird” kəşfiyyat PUA-sı çatdırılma üçün hazırlanır. İki TRML-4D radar stansiyası, 42 min 40 mm-lik mərmi”, - deyə məlumatda bildirilib.
Bundan əlavə, yeni paketə “Sea Sparrow” idarə olunan raketləri, 6 “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu, həmçinin “Leopard 1” , “Leopard 2” tankları və “Marder” piyada döyüş maşınları üçün döyüş sursatları və IRIS-T SLM üçün raketlər də daxildir.
Aysel Şirinova