Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb
sosial

İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb

11-03-2025 16:00 30 Baxış
IMG

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətindən (DSX) Tvit.az-a verilən məlumata görə, martın 9-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran vətəndaşları - 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılıb.

 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.