NATO Şimali Koreya qoşunlarının Ukraynada hər hansı şəkildə iştirak etdiyini təsdiqləməyib.
Tvit.az xəbər verir ki, bu barədə Alyansın baş katibi Mark Rutte NATO müdafiə nazirlərinin görüşünün ilk gününün yekunlarına dair mətbuat konfransında bildirib.
"NATO-nun Ukraynada KXDR ordusunun olmasına dair heç bir sübutu yoxdur. Eyni zamanda, onun sözlərinə görə, NATO hesab edir ki, KXDR Rusiyaya hərbi yardım edir, “silah və texnologiya tədarük edir”, - deyə vurğulayıb.
O qeyd edib ki, NATO-nun müdafiə nazirləri Şimali Koreya, Çin və İranın münaqişədə iddia edilən rolunu müzakirə ediblər.
Aysel Şirinova