Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar İsrail hərbçilərinin oktyabrın 16-da Qəzza zolağının cənubunda keçirdiyi əməliyyat zamanı öldürüldüyü təsdiq edilib.
Tvit.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"İsrail Baş Təhlükəsizlik Xidməti təsdiq edir ki, 16 oktyabr 2024-cü ildə bir il davam edən təqibdən sonra Cənub Hərbi Dairəsinin əsgərləri Qəzza zolağının cənubundakı əməliyyat zamanı Yəhya Sinvarı öldürüb”, - deyə məlumatda bildirilib.
Aysel Şirinova